Husilər BMT-nin bir neçə əməkdaşını saxladılar

saytların hazırlanması

Evə çatdırılma

Husilər BMT-nin bir neçə əməkdaşını saxladılar

Dünya

18 Oktyabr 2025 21:49 286


Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Sənada BMT-nin bir neçə əməkdaşını saxlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən bildirib.

Məlumata görə, husilərin təhlükəsizlik qüvvələri üsyançıların nəzarətində olan ərazidə fəaliyyətini davam etdirən təşkilatın ofislərindən birində reyd keçiriblər. Qeyd olunur ki, onların mobil telefonları və digər rabitə vasitələri müsadirə edilib. pizza hut

Bildirlib ki, son iki gündə Yəməndə husilərin beynəlxalq təşkilatların obyektlərinə hücumları artıb. Onun sözlərinə görə, hücumların növbəti dalğası üsyançıların lideri Əbdül Məlik əl-Husinin Yəmən ərazisində fəaliyyət göstərən humanitar təşkilatlarla əlaqəli olan casusların mövcudluğu barədə son açıqlamasından sonra başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!