Husilər İsrailin ən böyük elektrik stansiyasına hücum etdilər

saytların hazırlanması

Evə çatdırılma

Husilər İsrailin ən böyük elektrik stansiyasına hücum etdilər

Dünya

05 Yanvar 2025 17:58 351


Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin şimal-qərbində yerləşən Orot Rabin istilik elektrik stansiyasına raket zərbələri endiriblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmən silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, İsrailin ən böyük elektrik stansiyası "Fələstin 2" hipersəs ballistik raketi ilə hücuma məruz qalıb və əməliyyat öz məqsədinə çatıb. Dominos pizza

Qeyd edək ki, husilər 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan dərhal sonra İsrailə və beynəlxalq gəmilərə hücum etməyə başlayıblar. Onlar HƏMAS və fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!