“Husiləri bombalamağı dayandıracağıq” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Husiləri bombalamağı dayandıracağıq” - Tramp

Dünya

06 May 2025 21:52 311


ABŞ Prezidenti Donald Tramp husilərin döyüşü dayandırdığını elan etdiklərini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı jurnalistlərə deyib. O, bazar ertəsi gecəsi yaxşı xəbərlər aldığını bildirib.

“Husilər daha döyüşmək istəmədiklərini açıqladılar. Onlar sadəcə döyüşmək istəmirlər və biz bunu qəbul edəcəyik. Biz də bombalamanı dayandıracağıq. Onlar təslim oldular. Husilər deyirlər ki, daha gəmiləri partlatmayacaqlar. Bizim bu işi etməkdə məqsədimiz də elə bu idi”, - deyə Tramp əlavə edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!