Ucarda bir nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən ağır yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə ötən axşam Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.
Belə ki, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik maşını qoşqulu traktorun altına girib. Nəticədə minik maşınında olan sərnişin - 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. “Hyundai”ın sürücüsü F.Səlimov isə xəsarət alıb. Sezar pizza
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız