I sinifə qəbul başa çatır

saytların hazırlanması

Evə çatdırılma

I sinifə qəbul başa çatır

Siyasət

15 Oktyabr 2025 12:55 172


2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Valideynlər bu gün saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər. pizza hut

Bu vaxta qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.

Cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!