İbrahim Borçalı mərhum oğlunun səsini yaydı -   “Beynimə qoymuşam...“

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Borçalı mərhum oğlunun səsini yaydı - “Beynimə qoymuşam...“

Şou

15 Oktyabr 2020 13:41 2918


Müğənni İbrahim Borçalının mərhum oğlu orduya könüllü yazılıbmış.

Yenisabah.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında səs yazısı yayımlayıb.

Məlum olub ki, Rəhim ölümündən öncə orduya könüllü yazılıbmış: Marqarita pizza

"Evdəkilərdən gizlin dostuma zəng etdim ki, mənim adımı könüllü yaz. Dostum adımı könüllü yazdırdı. Artıq beynimə qoymuşam müharibə olsa, çağırış gəlsin, gedəcəm. Beynimə qoymuşam, döyüşə gedəcəm".

Qeyd edək ki, sənətçinin övladı Rəhim Həsənov iyulun 18-də ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Hadisə zamanı iki nəfər ölüb, onlardan biri 20 yaşlı R.Həsənovdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!