İbrahim Borçalı qızından danışarkən göz yaşlarını saxlaya bilmədi

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Borçalı qızından danışarkən göz yaşlarını saxlaya bilmədi

Şou

02 Dekabr 2025 23:04 910


Tanınmış müğənni İbrahim Borçalı qonaq olduğu "Rəngarəng" verilişində qızı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib:

"Qızım mənə deyir ki, verilişlərdə hər kəslə mübahisə etmə, əsəbləşmə. Bu gün efirdə qonaqlardan danışanda da dedim ki, hamısı əzizimdir. Qızım üçün yaşayıram, o nə deyirsə, etməyə çalışıram". Toyuqlu pizza

İbrahim Borçalı Aysunun hazırda kosmetoloq işlədiyini və eyni zamanda təhsil aldığını vurğulayıb:

"Artıq 22 yaşına keçir. Qız övladı üçün ən vacibi bəxtinin gözəl olmasıdır. Var-dövlət axtarmaq boş şeydir".

Sənətçinin bu səmimi etirafları sosial şəbəkələrdə də müsbət qarşılanıb və geniş müzakirələrə səbəb olub./Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!