"İslam Respublikasının prinsipial siyasəti regiondakı bütün ölkələrin ərazi bütövlüyü və milli suverenliyini dəstəkləməkdir".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistan Milli Məclisinin sədri Alen Simonyanla görüşündə bildirib.
O qeyd edib ki, İran qonşu və dost ölkələrlə, o cümlədən Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindədir: Toyuqlu pizza
“İki ölkənin nəqliyyat, enerji, sənaye və kənd təsərrüfatı məhsullarının ixracı sahələrində əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanları və əsasları var".
İbrahim Rəisi Tehran-İrəvan əlaqələrinin səviyyəsini yüksəltmək və bu strategiyaların həyata keçirilməsi istiqamətində əməli addımlar atmağın vacibliyini vurğulayıb:
"Hesab edirik ki, region ölkələri arasında dialoq məsələlərin həlli üçün yeganə yoldur, əcnəbilərin iştirakı və müdaxiləsi nəinki problemlərin düyününü aça bilməz, həm də problem düyününü açılmaz edir və regionda əlavə problemlər yaradır”.
Telegram kanalımız