İsveçli hücumçu Zlatan İbrahimoviç ölkəsinin məşhur klubunun səhmlərinin 50 faizini alıb.
“Yeni Sabah” xəbər verir ki, bu, “Hammarbü” klubudur. Bununla bağlı Stokholm təmsilçisinin rəsmi saytı məlumat verib. İbrahimoviç təəssüratlarını belə ifadə edib:
"Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam". pizza mizza
Qeyd edək ki, ABŞ-ın “Los-Anceles Qelaksi” klubu ilə ilin sonunda müqaviləsi başa çatacaq İbrahimoviçin karyerasını harada davam etdirəcəyi hələlik bilinmir.


Telegram kanalımız