Bir neçə gün əvvəl “Milan” (İtaliya) klubuna transfer olunan məşhur futbolçu Zlatan İbrahimoviçin heykəli növbəti dəfə hücuma məruz qalıb.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup şəxs isveçli hücumçunun Malmö şəhərindəki heykəlinin ayaqlarını kəsərək, aşırıblar. Hadisəni törədənlər 38 yaşlı forvardın heykəlinin başına üzərində “İsveç” yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə “götürülsün” sözü yazılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Marqarita pizza
Xatırladaq ki, bundan əvvəl bir qrup şəxs hücumçunun heykəlini boyayaraq yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.

Telegram kanalımız