İcazə alıb Qubaya oğurluğa getdilər - Foto

saytların hazırlanması

Evə çatdırılma

İcazə alıb Qubaya oğurluğa getdilər - Foto

Kriminal

04 İyul 2020 12:55 1035


Xüsusi icazədən istifadə edən oğrular saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. pizza mizza

Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.

Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!