“İcazə versələr, dərhal peyvənd olunacam“   - Meyxanaçı Ağamirrzə

saytların hazırlanması

Evə çatdırılma

“İcazə versələr, dərhal peyvənd olunacam“ - Meyxanaçı Ağamirrzə

Şou

10 Fevral 2021 12:51 935


Koronavirusla əlaqədar elan edilmiş karantin rejiminə əsasən ölkəmizdə bir ilə yaxındır kütləvi tədbirlərin və toyların keçirilməsi qadağan olunub və bu qadağanın nə vaxt aradan qalxacağı hələlik məlum deyil.

El şənlikləri olmadığına görə gəlir yerləri olmayan sənət adamları aylıq xərclərini ödəyə bilmədiklərini deyərək gileylənirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan meyxanaçı Ağamirzə Məmmədov hələlik toysuz qalmağın mümkün olduğunu deyib: pizza sifarişi

 “Belə məsləhətdirsə, el şənliklərinə icazə yoxdursa, hələ açılmasın. Mən də bu qərarla razıyam. Ən vacib odur ki, bu xəstəlik bizdən uzaq olsun. Toyların bir ilə yaxındır olmaması təbii ki, müəyyən qədər maddi çətinlik yaradır. Amma Allah hamının ruzisini yetirir, bir parça çörək tapırıq. Məclislər olanda təbii ki, daha yaxşı dolanırdıq, lakin xəstəliyin bizdən uzaq olması puldan daha vacibdir. Təki bu virus həm bizim xalqımızdan, həm də bütün dünyadan uzaq olsun. Neyləmək olar? Fikirləşirəm ki, məclislərə icazə verilsə daha yaxşı olar”.

Söz ustadı ölkəmizdə koronavirus əleyhinə vaksinasiyanın başladılmasının müsbət nəticə verəcəyinə inandığını bildirib:

“Vaksinasiyanın çox böyük təsiri olacaq. Mən özüm göz-qulaqdayam əgər bizə peyvəndi vurdurmağa icazə verilsə, həmin gün gedib vurduracam. Bu peyvəndi mütləq vurdurmaq lazımdır, çünki bir nəfərin, on nəfərin ideyası deyil. Bunu bütün dünya fikirləşib və mütləq peyvənd olunmaq lazımdır. Bilirsiniz, bu vaksin başqa xəstəliklərin də qarşısını alacaq”.

Sənətçi həmkarları Kərim və Rəmişin səhhəti barədə də danışan Ağamirzə “Kərimin vəziyyəti heç yaxşı deyil. Sadəcə nəfəsi gedib, gəlir, başqa heç nə. Yanına gedirəm arada. İnanın, tez-tez gedə də bilmirəm, çünki ürəyim ağrıyır onu o vəziyyətdə görəndə. Açığı getməyin də bir mənası yoxdur. Gedəndə nə söhbət edə bilirsən, nə baxa bilirsən. Allah hamıya kömək olsun. Hazırda Rəmiş qardaşımız da xəstədir, Allah ona da tezliklə şəfa versin” – deyə qeyd edib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!