İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb

Kriminal

02 Yanvar 2021 13:09 523


Müvafiq icazə almadan postlardan keçməyə cəhd göstərən 1050 nəqliyyat vasitəsi geri qaytarılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən bildiriblər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax yollarında quraşdırılmış xüsusi karantin postlarında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

2021-ci il yanvarın 1-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən – Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1050 nəqliyyat vasitəsi müəyyən olunub. pizza hut

Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb.

Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!