İcazəsiz yerdə qurbanlıq heyvan satan şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

İcazəsiz yerdə qurbanlıq heyvan satan şəxs saxlanılıb

Kriminal

01 Avqust 2020 11:59 1004


Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq, müəyyən edilmiş yerlərdən kənarda qurbanlıq heyvanların satışı və kəsiminin, eləcə də insanların sıx toplaşmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, keçirilən reyd zamanı müəyyən edilməyən yerdə qurbanlıq diri heyvanların satışı və kəsimi ilə məşğul olan şəxs müəyyən edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini Sadiq Yusifova bir neçə dəfə xəbərdarlıq edilsə də, ancaq o, buna məhəl qoymayıb və qaydaları pozmaqda davam edib. Polisin qanuni tələbinə məhəl qoymayan S.Yusifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!