İcbari sığorta ilə bağlı   YENİLİK OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

İcbari sığorta ilə bağlı YENİLİK OLACAQ

Sosial

14 Sentyabr 2025 14:25 357


"Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsi artıq hazırlanıb".

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.

Onun sözlərinə görə, əsas məqsəd dövlət üçün katastrofik risklərin yaratdığı fiskal yükün azaldılmasıdır: Dominos pizza

"Bu sistemi tətbiq etməklə, katastrofik riskləri sığorta şirkətlərinə və bütövlükdə sığorta sektoruna transfer edəcəyik. Buraya müntəzəm baş verən sosial risklər də daxildir. O cümlədən yanğın və partlayış kimi risklər bu çərçivədə nəzərdə tutulub. Əsas hədəf həm də katastrofik təhlükələrin nəticələrinin qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, belə risklərin sığortası özlüyündə spesifik xarakter daşıyır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!