“Həkim üçün ən böyük vəzifə yaşadığı ölkənin səhiyyə naziri postuna yüksəlməkdir (həkimlik və insanlıq borcunu bir tərəfə qoyuruq)”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetində dərc etdiyi “İlham Əliyev böyüklüyü” başlıqlı məqaləsində Əli İnsanovu nəzərdə tutaraq yazıb. .
B. Sadıqov qeyd edib ki, əgər insan ona göstərilən etimadı doğrultmursa, şəxsi maraq və mənafeyini hər şeydən uca tutursa, bir ayağı burada, digəri gorda olduğu zamanda "oğru qanunları” ilə yaşamağa keçirsə, beləsinə nə deyəsən?! pizza
Sonra qeyd edib:
“Amerika və Avropa qarşısında səcdəyə gedən bu insan az qala deyəcəkdi ki, məni ABŞ Prezidenti Tramp azad etdi!
Elə ilk müsahibəsində hikkə göstərdi, yalnız acı gülüş doğuracaq iddiada olduğunu bəyan etdi!
Yalnız özündən və əməllərindən xəbərsizlər belə danışarlar!
Ancaq Azərbaycan xalqı korrupsiyaya uğramış sabiq səhiyyə nazirinin əməllərini unutmayıb!
Görünür içəridə olduğu dövrdə bayırdan xəbəri olmayıb!
Azərbaycanda gedən dəyişikliklərdən, xalqın hansı mövqedə dayandığından məlumatı yoxdur!
Bu gün İlham Əliyev heç kimdən və heç nədən qorxmadan, heç bir təsir və təzyiq cəhdindən çəkinmədən inam və qətiyyətlə islahatlar aparır, müstəqil Azərbaycanı yenidən qurur və gücləndirir!
Yalnız özləri qorxaq olanlar başqasının qorxa biləcəyini zənn edərlər!
İlham Əliyev daim xalqının yanındadır, daim xalqı üçün çalışır, xalqın arzu və istəklərini reallaşdırır”.
Telegram kanalımız