İçərişəhərdə “Muğam saatı” səs performansı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərdə “Muğam saatı” səs performansı keçirildi

Mədəniyyət

20 İyun 2025 09:53 794


“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində İçərişəhərdə “Muğam saatı” səsli performansı nümayiş olunub.

Yenisabah.az xəbər verir ki, performansın rejissoru Konstantin Soldatov, musiqi rəhbəri bəstəkar Azər Hacıəsgərli, texniki mütəxəssisi saund-art mütəxəssisi Fərhad Fərzəliyevdir.

Bir saat ərzində 90-dan çox iştirakçı portativ “Bluetooth” dinamikləri ilə İçərişəhər ətrafında yavaş-yavaş hərəkət edərək qədim küçələri canlı musiqi orqanizminə çevirib. İçərişəhərin müxtəlif yerlərində eyni vaxtda 10 muğam kanalı səslənib. pizza

Tədbir Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!