İçərişəhərdə parkinq 5 manat oldu

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərdə parkinq 5 manat oldu

Sosial

02 İyun 2025 13:36 1755


İçərişəhərin nadir tarixi simasını qorumaq, sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobil ilə məhdudlaşdırılıb. Marqarita pizza

Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!