İçərişəhərdə soyğunçuluq edən şəxs tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərdə soyğunçuluq edən şəxs tutuldu - Video

Kriminal

22 May 2021 13:40 1195


Səbail rayonu İçərişəhər ərazisində soyğunçuluq edən şəxs saxlanılıb

Yenisabah.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Natiq İsrafilov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs İçərişəhər ərazisində yerləşən evlərdən birinin həyətinə daxil olaraq orada olan pul kisəsini götürərək hadisə yerindən yayınıb. Zərərçəkən polisə məlumat verərək pul kisəsində 1300 rus rublunun olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən qısa zamanda saxlanılan Natiq İsrafilov hadisəni etiraf edib. Toyuqlu pizza

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!