İçərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

İçərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlandı

Kriminal

16 İyul 2022 10:31 934


Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs, ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125 000 manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!