İclaslara gəlməyən deputatlarla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İclaslara gəlməyən deputatlarla bağlı AÇIQLAMA

Siyasət

30 İyun 2026 09:51 325


Milli Məclisin İntizam komissiyasının yaz sessiyası ilə bağlı ayrıca iclas keçirməsinə ehtiyac yaranmayıb.

“Yeni Sabah” xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib ki, yaz sessiyası ərzində deputatların sistemli şəkildə parlament iclaslarında iştirak etməməsi halları qeydə alınmayıb.

"Yaz sessiyası ərzində deputatların sistemli şəkildə iclaslara qatılmaması halları baş verməyib. Ona görə də bu məsələ ilə bağlı İntizam komissiyasının iclas keçirməsinə zərurət yoxdur", - deyə o qeyd edib. pizza

Deputatın sözlərinə görə, Milli Məclis üzvləri qanunvericiliyin tələblərinə məsuliyyətlə yanaşır və parlamentin işində fəal iştirak edirlər.

"Deputatlar qanun-qaydalara kifayət qədər məsuliyyətlə yanaşırlar, nizam-intizamlıdırlar. Ezamiyyət, xarici səfərlər və digər üzrlü səbəblər istisna olmaqla, demək olar ki, hamısı mütəmadi olaraq bütün iclaslarda iştirak edirlər", – deyə Nəsib Məhəməliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!