İcma Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

İcma Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb etdi

Siyasət

04 Sentyabr 2024 19:36 397


Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ilə bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “dağlıq qarabağ muxtar vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda həmçinin qeyd olunub: Marqarita pizza

"BMT Nizamnaməsi ilə üzərinə düşən de-kolonizasiya öhdəliklərini yerinə yetirməyən, neo-kolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!