"İcra başçılarının bu motivlə həbsi göstərdi ki…"

saytların hazırlanması

Evə çatdırılma

"İcra başçılarının bu motivlə həbsi göstərdi ki…"

Siyasət

21 Fevral 2020 08:20 2789


Ağstafada icra başçısının qandallanmasından da nəticə çıxarmırlarsa, o zaman "balaca padşahlar"la Sizcə necə davranılmalıdır? DTX - nın bu əməliyyatları sizcə yetərlidirmi? İcra başçılarının az da olsa haqq yoluna dönərək kəmfürsətlilik etməmələri üçün alternativ nələr təklif edirsiniz? "Yeni Sabah" xəbər verir ki, yeni seçilmiş millət vəkili, BQP başqanı Fazil Mustafa Moderator.az-ın bu sualına cavabında deyir ki, heç kim himayəçisinə arxayın olub at oynatmasın: "Bu artıq ilk presedent deyil. Öncəki icra başçılarının bu motivlə həbsi göstərdi ki, bu proses davam edəcək. Ancaq nədənsə çevrəsində baş verənlərdən nəticə çıxarmayan vəzifəli şəxslər var. Dövlət başçısının bu cür neqativ hallara qarşı iradəsi təqdir olunandır. Bundan digər vəzifəli şəxslər dərs götürməlidir. Hərə bir himayəçiyə arxayın olub, dalğanın özündən yan keçəcəyini düşünürsə, əlbəttə ki, yanılır. Xalqın ən alt təbəqələrinin maaşına göz tikənlərin tamahı öz başlarına bəla olur. Cəmiyyətimiz bu cür vəzifəsindən sui-istifadə edənlərə qarşı həyata keçirilən tədbirləri dəstəkləyir".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!