“Ölkədə həyata keçirilən köklü dəyişikliklər fonunda çox arzuedilən “məmur təmizliyi”nə də start verilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanıb”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmli deyib. Onun fikrincə Ağstafanın fəaliyyətdə olan, Yevlaxın isə sabiq icra başçısının rüşvət və korrupsiya ittihamı ilə qandallanmaları hər hansı cinayət əməlinə görə tez-gec cavab veriləcəyi qənaətini gücləndirir.
“Azərbaycanın rayon icra başçılarının əksəriyyətinin özlərini “kiçik padşah” kimi aparmaları, onlarla bağlı şikayətlərin azalmaması bu tip həbslərin davam edəcəyini söyləməyə əsas verir. Bu aqibət hər kəsə dərs olmalıdır. Dördpendirli pizza
Ağstafa və Yevlaxdakı həbsləri həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini də mütləq qeyd etmək lazımdır. Ölkənin ən mühüm dövlət qurumlarından biri olan, milli təhlükəsizliyin keşiyində dayann DTX-nın bu fəaliyyəti təqdirəlayıqdir. İcra başçılarının həbsini əks etdirən süjetlərdən də açıq görünür ki, DTX icra başçılarının həbsi üçün əsas yaradan sübutları necə dəqiqliklə aşkarlayır və ittiham olunan şəxslərə münasibətdə çox korrekt davranır. Təbii ki, onların əməlinə görə veriləcək cəzaları qanun müəyyən edəcək. Əsas məsələ ölkəni və vətəndaşları bu tip məmur kütləsindən xilas etmək, dövlətin nüfuzuna zərər gətirən halları aradan qaldırmaqdır”.
Telegram kanalımız