İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini, jurnalist Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə o feysbuk hesabında bildirib.
Ruslan Məmmədov səhhətindəki problemə görə vəzifəsindən ayrıldığını bildirib: Toyuqlu pizza
"Mən iki ay əvvəl öz ərizəmlə, qarşılıqlı razılıq əsasında işdən azad olunmuşam. Səbəb səhhətimdə yaranan problemlərlə bağlıdır. Yıxıldığım üçün çanaq sümüyümdə çat yaranıb, bundan əlavə boyun nahiyəmdə yırtıq var. O səbəbdən iki gün sonra, mayın 16-da əməliyyat olunacağam. Hazırda da xəstəxanada müalicə və müayinələrim davam edir".
Telegram kanalımız