İcra başçısının qardaşına yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının qardaşına yüksək vəzifə verildi

Sosial

25 Fevral 2020 16:19 1699


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. "Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis polkovniki Zəfər Abıyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisinin müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb. Zəfər Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!