İcra Hakimiyyətindən Xətainin heykəlinin köçürülməsinə REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətindən Xətainin heykəlinin köçürülməsinə REAKSİYA

Sosial

01 Mart 2020 15:04 851


Bakı Şəhər İcra Hakimiyyəti Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı açıqlama verib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olub. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb. Məlumatda bildirilib ki, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəkliklər salınıb. Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcəkdir. Həmçinin, Xətai heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaqdır.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!