İcra hakimiyyətlərində islahatlar: Bir sıra qurumlar LƏĞV EDİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətlərində islahatlar: Bir sıra qurumlar LƏĞV EDİLƏCƏK

Siyasət

23 İyul 2025 11:23 9032


Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, islahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq.

Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək. pizza sifarişi

İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.

Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rakeş
    Salam icra hakimiyyətləri varsa bələdiyyələrdə var və jekdə var miks günləri ləğv edib seçki keçirib icra orqani kimi rayon şəhər bələdiyyələri qurmag lazimdi dövlətə türkiyə dövləti kimi
    10 months ago
  • Bəhruz
    İcra hakimiyyətləri tamamilə ləğv olunmalıdır, çünki harinlayiblar,bir necə gün öncə, Sabunçu rayon icra başçısı Adil müəllim (müəllim ona yaraşmır)3- qrup müharibə əlilinə deyib ki,sənə ev verməyəcəyəm,hətta yuxarıdan göstəriş gəlsə belə,o da qeydiyyatdan çıxaraq başqa rayona qeydiyyata düşüb ki,ev ala bilsin.
    10 months ago
  • RAHİM
    HƏR NAZİRLIYİN YERLƏRDƏ İDARƏLƏRİ OLDUĞU HALDA İCRA HAKİMİYYƏTLƏRİ GÖSTƏRİŞ VERMƏKDƏN BAŞQA HEÇ BİR İŞLƏ MƏŞĞUL OLMURLAR. ANCAQ VAR- DÖVLƏT YIĞMAQLA MƏŞĞULDURLAR.
    10 months ago