Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə ittiham olunan ictimai fəal Anar Abdullayev həbs olunub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində bu barədə qərar qəbul olunub.
Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib. Marqarita pizza
Anar Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda onlar barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Telegram kanalımız