Yanvar-may aylarında ölkənin ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq 536,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən “Yeni Sabah”a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 215,3 milyon manat təşkil edib.
Telegram kanalımız