İctimai nəqliyyatla bağlı   SEVİNDİRİCİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

İctimai nəqliyyatla bağlı SEVİNDİRİCİ XƏBƏR

Sosial

08 Sentyabr 2025 18:24 23360


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.

AYNA-dan Yenisabah.az-a məlumata görə, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1780 ədəd, 2023-cü ildə 2011 ədəd, 2024-ci ildə isə 2180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2200 avtobus istismar edilir.

Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib. Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. pizza hut

Bu il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.

Sərnişinlərin mənzilbaşına daha rahat və sürətli çatdırılmasını təmin etmək məqsədilə avtobuslar xüsusi hərəkət zolaqları ilə hərəkət edir. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb.

Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir, avtobus parkı yenilənir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması təmin edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehriban
    113 u dəyişin bərbad gündədi
    8 months ago
  • Könül
    67 nömrəli marşurutu dəyişsinlər nə gündədir, şoferlərə də nə vaxt baxırsan telefon qulaqlarında
    8 months ago
  • Allahverdi
    Xirdalana əncam kəssinlər, camaat yolda qalir, 3-5 marşurut var, ona da kim mindi mindidir, qalanlari qalire elə .
    8 months ago
  • Şəlalə
    Hövsan qəsəbəsində 132 nömrəli marşurutu deyişin cünki yayi isti qişi soyuq olur avtobusun bezdik de
    8 months ago
  • Hasan
    36 yenilənsin
    8 months ago
  • Sara
    Salam 31 sayli Baki ICERISEHER BADAMDAR ,COX PIS, AQ RENGLI KOHNE AVTOBUSDUR, PILLEKENLERI COX HUNDURDUR, DUSMEK, QALXMAQ COX CETIN VE NARAHATDIR, BIRDE BIZIM BADAMDARA 31,3 NOMREDEN BASQA ELAVE MARSRUTLAR VERILSIN, MESELEN, BADAMDARDAN, 28 MAY M.ST. VERILSE COX YAXSI OLAR, EVVELCEDEN TESEKKUR EDIREM.
    8 months ago
  • Axundova İradə
    Binəqədi rayonu Biləcəridən gedən 92 nömrəli marşrutlar nə vəziyyətdədirlər.Bu halda marşrut sərnişin daşımamalıdır.Yararsız haldadılar
    8 months ago
  • Rahib
    166 nömrəli avtobus axşam oldu hava qaraldı heç Koroğluya kimi getmir???? Sabunçu körpüsündə camaatı düşürüb gedir qara Qarayev metrosuna deyir işləmirəm nem belə hele.99% I o vəziyyətdədir vAllah dəyişən heçnə yoxdu.Sozde deyende deyirlər xoşun gəlmir minme mən belə işləyirəm get ürəyin hara istəyir şikayət ele
    8 months ago
  • Ixtiyar
    3 nomreli marşurut xetdini coxaltmaginizi xais edirem. Elmlerin qarsisinda en azi yarim saat gozluyuruk. Bu pik saatlarda voose dolu gelir ve gec gec. Minnetdaram
    8 months ago
  • Zümrüd
    Yeni Yasamalda 77 nömreli marşrutu nezere alin zehmet olmasa ????????
    8 months ago
  • Ulkar
    36sayli avtobusu da yenisiyle əvəz etsinlər pis gündədir , xarabdır
    8 months ago
  • Ulviyye
    Bu dedikleriniz 166 ve 162 nomreli marsrutlarada aid olsaydi cox minnetdar olardiq.Bir gun 15 deq,bir gun 30 deq qrafiklerle isliyirler.
    8 months ago
  • Əurban
    12 və 51 saylı marşrutun avtobusları hamısı köhnə, kirli, sınıq və salxaq avtobuslardan.Tez - tez sınıb yollarda qalırlar.Kondisioner yox, sürücülər siqaret çəkir, sərnişinlərlə kobud rəftar edir və metro stansiyalarında 20-25 dəqiqə gözləyirlər.
    8 months ago