İctimai Şura sədrindən nazirlik rəsmisinə kinayəli sözlər - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

İctimai Şura sədrindən nazirlik rəsmisinə kinayəli sözlər - Qalmaqal

Sosial

25 Fevral 2020 15:02 678


Son günlər ölkəmizin ali təhsil sistemində çox önəmli bir hadisə baş verib. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Asiya qitəsinin top-200 inveristetləri sırasında 27-ci yerə yüksəlib. Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov özünün səhifəsində yazıb. Rektor qeyd edib ki, UniRank reytinq agentliyinin regional reytinq sıralması olan "Asiyanın 200 ən yaxşı universiteti" sıralmasında UNEC 167 pillə irəliləyərk Asiyanın 27-ci ən yaxşı universiteti seçilmişdir. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda Universiteti), Çinin (Shenzen Universiteti, Pekin Normal Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, İstanbul Universiteti) və regionun bir sıra digər məşhur universitetlərini qabağlamışdır. UNEC-in əldə etdiyi bu uğur özlüyündə müsbət hadisə olsa da, təhsil sistemində bəzi narazılıqların ortaya çıxmasına səbəb olub. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun məsələyə münasibəti gözlənilməz olub. Ş.Əsgərov təhsil ictimaiyyətini, o cümlədən, təhsil nazirliyinin rəsmilərini UNEC-in bu uğuruna laqeyd qalmaqda günahlandırıb. "Təəssüf doğuran odur ki, təhsil sistemimiz üçün bu uğur sakitcə qarşılandı. Ortada təbriklər seli yoxdur. Bu şad xəbəri FB-da cəmi beş-on nəfər bəyənmişdir. Nə baş verir? Doğrudanmı biz xeyirlə şəri, yaxşı ilə pisi, mislə qızılı ayırmaq qabiliyyətimizi itirmişik? Yoxsa, nə baş verdiyini hələ axıra kimi dərk etməmişik? Təhsilin hər xırda uğuruna sevinən Cəsarət müəllimin də səsi eşidilmədi", - deyə İctimai Şuranın sədri özünün Facebook səhifəsində qeyd edib. Qeyd edək ki, sözügedən statusda adıçəkilən Cəsarət Valehov Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiridir. Yenisabah.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!