İctimai yerlərdə daha 38 COVID-19 xəstəsi aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

İctimai yerlərdə daha 38 COVID-19 xəstəsi aşkarlanıb

Kriminal

21 Dekabr 2020 10:41 863


COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20 tarixlərində respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!