İdarəetməni itirən yük avtomobili qəza törətdi: Xəsarət alan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İdarəetməni itirən yük avtomobili qəza törətdi: Xəsarət alan var - Fotolar

Hadisə

12 Sentyabr 2023 00:13 670


Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.

Hadisə “Chevrolet Aveo” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub. Dördpendirli pizza

Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.

Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!