“İdeal“ın sabiq rəhbərinin şikayəti təmin edilmədi

saytların hazırlanması

Evə çatdırılma

“İdeal“ın sabiq rəhbərinin şikayəti təmin edilmədi

Kriminal

21 Aprel 2021 15:38 448


Binəqədi Rayon Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin həbsdə olan keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qərarının ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Yenisabah.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi təmin edilməyib. Dominos pizza

Qeyd edək ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

O, Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!