İdlibdə Rusiya və Türkiyə yenidən toqquşa bilər

saytların hazırlanması

Evə çatdırılma

İdlibdə Rusiya və Türkiyə yenidən toqquşa bilər

Dünya

25 Sentyabr 2021 10:00 869


Yaxın günlərdə Suriyanın şimal-qərbində vəziyyət ciddi şəkildə pisləşə bilər.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu agentliyə Türkiyə hökumətindəki mənbələr bildirib.

Ankara əlavə olaraq burada bir neçə min əsgər və yüzlərlə texnika yerləşdirir. Dominos pizza

Eyni zamanda, Suriya hökumət ordusunun İdlibə böyük bir hücum hazırlanması ilə bağlı məlumatlar ortaya çıxıb.

"Bloomberg"in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Ərdoğan Rusiya lideri Vladimir Putinlə sentyabrın 29-da Soçidə keçirəcəyi görüşdən əvvəl güclü ələ sahib olmaq istəyir.

Danışıqların əsasən İdlib məsələsinə həsr olunacağı gözlənilir.

Tərəflərin kompromisə gəlməsi asan deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!