İdman zallarından istifadə qaydaları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İdman zallarından istifadə qaydaları açıqlandı

İdman

18 İyun 2021 16:22 1168


Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.

İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır. Toyuqlu pizza

Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!