İdmançılara 30 saniyəlik maska icazəsi

saytların hazırlanması

Evə çatdırılma

İdmançılara 30 saniyəlik maska icazəsi

İdman

25 İyul 2021 19:52 810


Tokio Olimpiadasında fəxri kürsüdə yer alacaq idmançılara mükafatlandırma zamanı tibbi maskanı çıxarmağa icazə veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar qəbul edib.

Qərara əsasən, mükafatlandırma mərasimi zamanı idmançılar 30 saniyəlik tibbi maskanı çıxaracaqlar. Bu addım onların şəkil çəkdirməsi üçün nəzərdə tutulub. Sonra tibbi maskadan istifadə mütləqdir. Pepperoni pizza

BOK, həmçinin gümüş və bürünc medal qazanan idmançıların şəkil çəkdirmək üçün qalibin yanına - fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa icazə verib. Həmin vaxt idmançılar mütləq tibbi maska taxmalıdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!