İdmançılarımız Ermənistana gedəcək?

saytların hazırlanması

Evə çatdırılma

İdmançılarımız Ermənistana gedəcək?

İdman

20 Mart 2023 15:18 828


Azərbaycan Ağır Atletika Federasiyası idmançılarımızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan bildirilib ki, komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada qeyd edilib. Dördpendirli pizza

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan idmançılarının da yarışda iştirak edəcəyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!