İdmançılarımızın noyabr ayı üçün reytinq cədvəli açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İdmançılarımızın noyabr ayı üçün reytinq cədvəli açıqlandı

İdman

02 Noyabr 2023 18:21 931


Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Nazirliyin rəsmi saytında bu barədə məlumat verilib.

Siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir. pizza hut

540 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. İdman gimnastı Nikita Simonov (355 xal) üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!