İdmançılarımızın Yay Olimpiya Oyunlarına yola salınma mərasimi oldu

saytların hazırlanması

Evə çatdırılma

İdmançılarımızın Yay Olimpiya Oyunlarına yola salınma mərasimi oldu

İdman

17 İyul 2024 19:54 1059


Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına təntənəli yola salınma mərasimi olub.

Yenisabah.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsinin ardından start götürüb. pizza

Yola salınma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.

O, yarış iştirakçılarının Olimpiadaya ciddi hazırlaşdığını söyləyib.

Qeyd edək ki, İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!