Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışı barədə fikirlərini bölüşüb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan Hacı Tokio Olimpiadasına lisenziya qazansa da, yarışa tam hazır vəziyyətdə qatılmadığını qeyd edib:
“Sevinirəm ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Həqiqətən də, bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Yarışdan iki ay öncə gözümdən ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım sual altında idi. Buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır”. Dominos pizza
İdmançı finalda Ermənistan təmsilçisi 21 yaşlı Vazgen Tevanyana uduzmasından da danışıb:
“Bilirəm ki, bu məğlubiyyət hər kəs üçün pis oldu. Amma inanın ki, ən pis olan, ən çox əziyyət çəkən yenə də özüməm... Allah mənə güc və səbir versin”.
Telegram kanalımız