İƏT-ə üzv ölkələrin fövqəladə iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İƏT-ə üzv ölkələrin fövqəladə iclası keçiriləcək

Dünya

15 Dekabr 2020 15:11 838


Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nəqliyyat nazirlərinin onlayn formatda fövqəladə iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.

Ş.Adəmnejadın sözlərinə görə, iclasa İƏT-ə üzv ölkələrin 8-i nazir və 2-si nazir müavini səviyyəsində qatılacaq. pizza

O, əlavə edib ki, iclasda koronavirusun yaratdığı problemlərin həlli və səhiyyə protokollarının icra edilməsi ilə əməkdaşlıqların artırılması yolları araşdırılacaq.

Nazir müavini ümid edib ki, üzv ölkələr əməkdaşlıqların artırılması və yükdaşımaların sadələşdirilməsi istiqamətində yekun nəticə əldə edəcəklər:

“İran sərhədlərdə səhiyyə protokollarının icrası istiqamətində önəmli addımlar atıb. Ölkənin bütün dəmiryol və yol gömrüklərində dezinfeksiya avadanlıqları quraşdırılıb”.

Ş.Adəmnejad bildirib ki, İƏT-ə üzv ölkələr arasında “Yaşıl Dəhliz” nəqliyyat sistemi yaradılıb. Dəmiryol nəqliyyatının özəlliyi bir çox ölkənin bu sahədən istifadəyə maraq göstərməsi ilə nəticələnib. Bu məqsədlə ölkələr tərəfindən dəmiryol nəqliyyatı sektorunda infrastrukturlara davamlı şəkildə investisiyalar yatırılır. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!