İfrat  2 müğənniyə halallıq vermədi

saytların hazırlanması

Evə çatdırılma

İfrat 2 müğənniyə halallıq vermədi

Şou

03 Dekabr 2025 11:32 623


Müğənni İfrat Vəfa Şərifova və Şəbnəm Qəhrəmanova arasında qalmaqal yaranıb.

"Yeni Sabah" xəbər verir ki, "Rəngarəng" verilişinin edirinə zəng edən İfrat gördüyü heç bir işi Vəfa və Şəbnəmə halal etmədiyini bildirib.

O vurğulayıb, heç vaxt həmin ifaçılarla bir verilişə çıxmayacaq və heç birinin adını eşitmək belə istəmir. Çünki Ülviyyə Namazovadan başqa hamı onun haqqını danıb. Dördpendirli pizza

Şəbnəm Qəhrəmanova isə İfratın onun boynunda haqqı olmadığını deyib:

"Getdiyim hər yerdə ona təşəkkür etmişəm. Bundan sonra mən də deyəcəm ki, onun boynumda haqqı yoxdur. Duetlərimdə də, mahnılarımda da əlimi cibimə atmağa qoymayıb. Sağ olsun. Digər verilişlərdən birində kimsə mənim haqqımda pis fikir səsləndirəndə İfrat da kənardan baxıb gülürdü. Onda dost idik. Sənə hər zaman hörmət etmişəm. Halal da etmə. Canın sağ olsun".

Bundan sonra Şəbnəm studiyanı tərk edib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!