İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir

İqtisadiyyat

25 Sentyabr 2023 16:30 987


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak edirlər.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Sezar pizza

Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!