III Avropa Oyunları: Karateçimiz ilk qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

III Avropa Oyunları: Karateçimiz ilk qələbəsini qazandı

İdman

22 İyun 2023 14:31 785


Azərbaycan karateçisi Fidan Teymurova Polşada keçirilən III Avropa Oyunlarında ilk qələbəsini qazanıb. 

Yenisabah.az xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz təsnifat mərhələsinin A qrupunda ikinci döyüşündə Almaniya təmsilçisi Şara Vinnidin Hubrixə qalib gəlib. 

İlk döyüşdə İtaliya idmançısı Erminiya Perfettoya məğlub olan karateçimiz qrupda sonuncu görüşünü türk Serab Özçelikə qarşı keçirəcək.  pizza mizza

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur. 

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!