III Çarlz bir çox şəxsi cəngavər rütbəsi ilə təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

III Çarlz bir çox şəxsi cəngavər rütbəsi ilə təltif etdi

Dünya

31 Dekabr 2024 22:28 603


İngiltərə kralı III Çarlz ölkənin keçmiş milli komanda baş məşqçisi Qaret Sautqeyt, məşhur aktyor Stiven Fray və London meri Sadiq Xan da daxil olmaqla bir çox şəxsi cəngavər rütbəsi ilə təltif edib.

“Yeni Sabah” xəbər verir ki, bu təltiflər Britaniya hökuməti tərəfindən Yeni il ərəfəsində təqdim olunan ənənəvi mükafat siyahısında yer alıb. Bu il siyahıya ümumilikdə 1200 nəfər daxil edilib.

Bundan əlavə, yapon əsilli britaniyalı yazıçı və 2017-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı Kazuo İşiquro ədəbiyyata müstəsna xidmətlərinə görə “Şərəf Cəngavəri” ordeni ilə təltif olunub. pizza mizza

Mükafat alanlar arasında aktyorlar, teleaparıcılar, tibb işçiləri, hüquqşünaslar və hüquq müdafiə təşkilatlarının nümayəndələri də yer alıb.

Ənənəyə uyğun olaraq, dövlət mükafatlarına layiq görülənlərin siyahısı hər il iki dəfə - Yeni il qabağı və iyun ayında dərc edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!