"Qalatasaray"ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.
Yenisabah.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu 26 milyon avro dəyərində "Rolls Royce Boat Tail"in sahibi olub. İkardinin aldığı avtomobil cəmi üç ədəd hazırlanıb ki, onlardan biri mirvari hasilatı sahəsində var-dövlət qazanmış adı açıqlanmayan iş adamına, ikincisi isə ulduz cütlük musiqiçi Cey-Zi və Beyonsa məxsusdur.
5.8 metr uzunluğunda olan avtomobildə yemək dəsti, fırlanan kokteyl masaları, stullar və hətta özü açılan çətir var. Dominos pizza
Qeyd edək ki, 2022/23 mövsümündə Mauro İkardi PSJ-dən icarə əsasında "Qalatasaray"da çıxış edib, 2023-cü ilin iyulunda Türkiyə klubu argentinalı hücumçunu Paris təmsilçisindən alıb. O, İstanbul klubunun heyətində 33 oyunda 30 qol vurub, 9 qolun ötürməsini verib./Qol.az
Telegram kanalımız