İkardi rəsmən “Qalatasaray”da - Maaşı və transfer qiyməti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İkardi rəsmən “Qalatasaray”da - Maaşı və transfer qiyməti açıqlandı

İdman

30 İyul 2023 16:22 1205


"Qalatasaray" argentinalı ulduz futbolçu Mauro İkardinin transferini rəsmən açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, İkardinin transferi üçün PSJ-yə 10 milyon avro ödəniləcək. Məbləğ Paris klubuna 4 mövsüm ərzində veriləcək. pizza sifarişi

İkardi özü 3 mövsüm komandanın formasını geyinəcək və hər mövsüm üçün 6 milyon avro maaş alacaq.

Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında "sarı-qırmızılar"ın heyətində keçirib. Argentinalı 24 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Super Liqa tarixində "Qalatasaray"da ardıcıl 7 qol vuran ilk futbolçu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!