“Qalatasaray” klubunun argentinalı ulduzu Mauro İkardi yeni rekorda yaxınlaşır.
Yenisabah.az xəbər verir ki, 31 yaşlı hücumçu komanda tarixinin ən çox qol vuran əcnəbi oyunçusu ola bilər.
“Qalatasaray”ın ən bombardir əcnəbi futbolçusu ruminyalı əfsanə Georgi Hacidir. O, “sarı-qırmızılılar”ın heyətində 192 matça çıxıb, 72 qol vurub. İkardi isə komandada oynadığı 2 mövsümdə 60 qol vurmağı bacarıb. Dördpendirli pizza
Hazırda onu tarixi rekorddan 12 qol ayırır. Mövsümün yeni başladığını nəzərə alsaq, forvardın rekordu yeniləcəyi olduqca real görünür.
Telegram kanalımız